"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Todofichajes"-ə istinadən xəbər verir ki, tanınmış mütəxəssis "Liverpul"un baş məşqçisi ola bilər.
Xəbərə görə, mersisaydlılar fransalı futbolçunun Premyer Liqada işləməyə hazır olub-olmadığını dəqiqləşdirmək üçün artıq onun ətrafı ilə əlaqə saxlayıblar. Zidanın cavabı hazırda məlum deyil.
Qeyd edək ki, İngiltərə klubunun baş məşqçisi Yürgen Klopp mövsümün sonunda komandanı tərk edək. Bu barədə o, özü məlumat verib.
Mirağa