Zəlzələdə itkin düşən Atsudan nə xəbər? - Meneceri danışdı

Zəlzələdə itkin düşən Atsudan nə xəbər? - Meneceri danışdı

Türkiyədə baş verən zəlzələdən sonra itkin düşən "Hatayspor"un futbolçusu Kristian Atsudan hələ də xəbər yoxdur. 

Fanat.Az-ın məlumatına görə, bu barədə "The Athletic"ə qanalı yarımmüdafiəçinin meneceri Nana Seçere məlumat verib. 

Onun sözlərinə görə, zəlzələ olandan 9 gün keçməsinə baxmayaraq, hələ də Kristianı tapa bilməyiblər. 

Xatırladaq ki, zəlzələ fəkakəti baş verən 6 fevral tarixindən 1-2 gün sonra Türkiyə mətbuatında Atsunun dağıntılar altından sağ çıxarıldığı və sadəcə ayağında zədə olduğu barədə xəbərlər yayılmışdı. Lakin futbolçunun meneceri Kristianın adını xəstəxana qeydiyyatında tapa bilmədikləri və ondan səs-soraq olmadığını açıqlamışdı. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər