Zədəli Poqbanı ispan əvəzləyə bilər

Zədəli Poqbanı ispan əvəzləyə bilər

"Atletiko Madrid"in yarımmüdafiəçisi Saul Niqes İspaniyanı İtaliyaya dəyişməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, futbolçunun menecerləri onu "Yuventus"a təklif edib.

İnformasiyanı AS nəşri yayıb. Mənbənin iddiasına görə, ispaniyalı Turin klubunda zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşən Pol Poqbanı əvəz edə bilər.

27 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsinin müddəti başa çatdığı üçün "Çelsi"dən "Atletiko Madrid"ə qayıdıb. London təmsilçisi ispaniyalının müqaviləsindəki 36 milyon avroya satın alma bəndini aktivləşdirmək istəməyib. Saulun Madrid klubu ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir. 

Niqes "Çelsi"nin heyətində 25 matçda 1 qol vurub. "Transfermarkt" yarımmüdafiəçinin hazırki transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər