Zədədən əziyyət çəkən de Yonqdan üzücü xəbər - Əməliyyat olunacaq

Zədədən əziyyət çəkən de Yonqdan üzücü xəbər - Əməliyyat olunacaq

"Barselona"nın yarımmüdafiəçisi De Yonq əməliyyat olunmalıdır.

Fanat.Az xəbər verir ki, bu barədə "RAC1" məlumat yayıb.

Mənbənin məlumatına görə, sağalması 6 həftə çəkəcəyi gözlənilən zədənin daha ciddi olduğu üzə çıxıb. De Yonq topuğunda problemlər yaşamağa davam edir. Son bir ay ərzində praktiki olaraq heç bir irəliləyiş olmamışdır və həkimlərin rəyinə görə, futbolçu oynamağa davam edərsə, bu, ayağındakı zədənin daha da ağırlaşmasına səbəb ola bilər.

Beləliklə, ən yaxşı formasına qayıtmaq üçün De Yonq əməliyyat keçirməli olacaq ki, bu da bir neçə ay futboldan kənarda qalmaq deməkdir. Futbolçu həlı də konservativ müalicəyə üstünlük verir və sentyabrın sonuna kimi meydançaya qayıdacağına ümid edir. Xatırladaq ki, "Barselona"nın yarımmüdafiəçisi Frenkie de Yonq ötən mövsümün sonunda "Real Madrid"lə oyunda Federiko Valverde ilə toqquşma zamanı zədələndikdən sonra 4 aydır yaşıl meydanlardan kənarda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər