“Zədə öz təsirini göstərdi” - Toğrul Əsgərov

“Zədə öz təsirini göstərdi” - Toğrul Əsgərov

"Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidi. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm”. 

Fanat.Az xəbər verir ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Toğrul Əsgərov bu fikirləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində səsləndirib.

Güləşçimiz bildirib ki, final görüşü mənim üçün uğursuz oldu. "Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu "Tokio-2020”də təkrarlayım”, - deyə Toğrul Əsgərov vurğulayıb. (Azərtac)

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər