Zaur Svanadze AZAL-la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az "İnter"in baş məşqçisi bunları deyib:
"Mən oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL-la matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır”.
Fanat.az