Zamiq Atakişiyevdən 2-ci qələbə

Zamiq Atakişiyevdən 2-ci qələbə
Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Fanat.Az xəbər verir ki, 30 yaşlı idmançı peşəkar rinqdə 2-ci sınağına çıxıb. 
O, Moskvada baş tutan görüşdə Belarus təmsilçisi Viktor Çvarkovla qarşılaşıb. Bunadək keçirdiyi 2 döyüşdən birində qalib gəlib, birində uduzan rəqibi ilə qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Belə ki, 6 raund davam etməli olan ağır çəki kateqoriyasındakı döyüşdə Atakişiyev qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci qələbəsi olub.
Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər