Zabit Səmədov vida döyüşündə nokautla qələbə qazandı

Zabit Səmədov vida döyüşündə nokautla qələbə qazandı

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Milli Gimnastika Arenasında təşkil olunan vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə üz-üzə gəlib və rəqibini 1-ci raundda nokauta salıb.

Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib:

"Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O, bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər