"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə "Vest Hem"dən aldıqları 2:3 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcının söylədiklərini BBC belə çatdırıb:
"Bu gün hər şeyi kənardan xırda görünən amillər müəyyənləşdirdi. "Vest Hem" ilk qolu qapıçımıza qarşı qaydanı pozulandan sonra vurdu. Rəqibin əli Alisona mane olduğu halda, o, topu necə götürə bilərdi? Olduqca qəribədir... Ardından hesabı bərabərləşdirdik və oyuna nəzarəti özümüzdə saxladıq.
İkinci hissədə isə o qədər də yaxşı görünmədik. Ələ düşən epizodlardan lazımınca faydalanmadıq. Soyuqqanlı olmaq lazım idi... Hə, daha bir epziodda Kressuell topu Hendersondan çox kobud şəkildə aldı. Məncə, topa oynamışdı. Amma belə müdaxilə... Həm qapıçımıza qarşı qayda pozuntusundan sonra vurulan qol, həm də bu epizod həlledici oldu.
İnsanlar mənim özümə bəraət qazandırdığımı düşünə bilərlər. Ancaq mən tam sakitəm. Hakimlər düzgün qərarlar qəbul etməlidirlər. Bu gün elə deyildi".
Nihat