Yunis Hüseynov: "Oyun baxımından çox yaxşı işlər görmədik"

Yunis Hüseynov: "Oyun baxımından çox yaxşı işlər görmədik"

Yunis Hüseynov "Kəpəz"lə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi bunları deyib:

“Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar. Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdu. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər