Yunanların Məhəmməd arzusu suya düşdü

Yunanların Məhəmməd arzusu suya düşdü

Türkiyənin "Fatih Karagümrük" klubunun sahibi Süleyman Hurma rusiyalı yarımmüdafiəçi Məhəmməd Ozdoyevə görə aldığı təklifi geri çevirdiyini deyib.

Fanat.Az-ın məlumatına görə, Hurma bu barədə Rusiyanın "Çempionat" saytına açıqlama verib:

"Ozdoyevi Yunanıstanın PAOK klubu istəsə də, təklifi rədd etdim".

Ozdoyev ötən ilin yayından "Fatih Karagümrük"də çıxış edir.  O, Türkiyə Superliqasında 33 matça çıxaraq 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər