Yüksək Liqa: Dördüncü dövrə başlayır

Yüksək Liqa: Dördüncü dövrə başlayır

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü dövrəyə start veriləcək.

Fanat.Az xəbər verir ki, XVI turun ilk matçında “Neftçi” İK “Baku Fire” ilə üz-üzə gələcək. Turun mərkəzi matçını FİFA referiləri idarə edəcək və oyun "CBC Sport"la canlı yayımlanacaq.

Ardınca son çempion “Araz-Naxçıvan” “Yasamal Bakı”nı sınağa çəkəcək.

Tura U-19 – “Record club” qarşılaşması ilə yekun vurulacaq.

“Baku Fire” – “Neftçi” İK Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ramil Namazov Hakim-inspektor: Ramiz Əsədov 14 mart. Bakı İdman Sarayı. Saat 14:00

“Yasamal Bakı” – “Araz-Naxçıvan” Hakimlər: Ziya Nəsirov, Xəlil Xəlilov, Elgün Hüseynov Hakim-inspektor: Füzuli Nəcəfov 14 mart. Bakı İdman Sarayı. Saat 16:15

U-19 – “Record club” Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Kənan Məlikov Hakim-inspektor: Elçin Səmədli   14 mart. Bakı İdman Sarayı. Saat 18:15

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 40 xalla liderdir. “Baku Fire” 33 xalla ikinci, “Neftçi” İK 32 xalla üçüncü pillədə qərarlaşıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər