Yubileydə uğursuzluq

Yubileydə uğursuzluq

Topaz Premyer Liqasının VII turu “İnter” üçün yubileylə əlamətdar olub. Paytaxt klubu Azərbaycan çempionatlarında 250-ci ev oyununu keçirib. Lakin bakılılar “Neftçi” ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub. 

Bu, “İnter”in öz meydanında keçirdiyi 250 matçda 39-cu məğlubiyyəti olub. Ev oyunlarında 148 dəfə 3 xal qazanan paytaxt futbolçuları 63 dəfə bərabərliklə kifayətlənib. Evdə 377 qol vuran komanda 163 top buraxıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər