“Zirə” Topaz Premyer Liqasında 50-ci oyununu keçirib. Fanat.Az xəbər verir ki, ybiley oyununda “Sumqayıt”ın qonağı olan bakılılar 0:1 hesabı ilə məğlub olub.
XIV turun görüşündəki yubiley məğlubiyyət sayında da əlamətdar rəqəmə çatıb. Belə ki, qəsəbə təmsilçisi 15-ci dəfə məğlubiyyət acısı yaşayıb.
Hesabında 21 qələbə və 14 heç-heçə olan komanda 53 qol vurub, 46-nı buraxıb. Bu qarşılaşma “Zirə”nin Premyer Liqadakı 25-ci səfər oyunu olub. Rəqib meydanında 10-cu dəfə uduzan komanda səfərdə 6 qələbə və 9 heç-heçəyə sevinib. Meydan sahiblərini 18 dəfə məyus edən zirəlilər 23 qol buraxıb.
Fanat.Az