Almaniya millisinin baş məşqçisi Yoahim Löv şəxsi həyatı ilə bağlı qərar qəbul edib. Fanat.Az xəbər verir ki, təcrübəli çalşdırıcı həyat yoldaşından boşanıb.
Almaniya mətbuatının yaydığı məlumata görə, 36 ildi evlilik münasibətləri olan cütlük son vaxtlar bir yerdə yaşamırdı. Tərəflər qarşılıq əsasında boşanmağa razılıq veriblər.
Qeyd edək ki, 1980-ci ildən bir yerdə olan cütlük, 1986-cı ildə nikahla münasibətlərini rəsmiləşdirmişdilər.
Fanat.Az