"DÇ-2016"nın pley-off mərhələsində millimizin rəqiblərindən olan futzal üzrə Hollandiya yığması yoxlama görüşündə qüvvəsini sınayıb.
"Narıncılar" Macarıstanla üz-üzə gəlib.
Macarıstanda baş tutan oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, Hollandiya və Azərbaycan yığmaları arasında ilk oyun martın 22-də Almeredə, cavab matçı isə aprelin 12-də Bakıda keçiriləcək.
Fanat.az