Yığmamız Naim Süleymanoğlunun xatirə turnirində

Yığmamız Naim Süleymanoğlunun xatirə turnirində

15-17 noyabrda Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. 

Fanat.Az xəbər verir ki, yarışda 20-dən çox ölkədən 100-ə yaxın atlet çıxış edəcək.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər