Futzal üzrə Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışını başa vurub.
Fanat.Az-ın məlumatına görə, yığmamız bu gün Serbiyadakı son sınaqdan üzüağ çıxmağa çalışıb.
Joze Alesionun "drujina”sı Pozarevaç İdman Mərkəzində dünənki yoldaşlıq oyununda 2:1 hesabıyla yendiyi meydan sahibləri ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə 20:00-da başlayıb.
Görüşün əvvəllərində çox zəif təsir bağışlayan təmsilçimiz 1:7 hesabı ilə geri düşüb. Komandamız sonradan "dirilib” və fərqi 2 topa endirib. Yenilgi isə qaçılmaz olub - 5:7.
Yoldaşlıq görüşü
Serbiya - Azərbaycan - 7:5
Strahina Petrov, 0:35, 12:46,Stefan Rakiç, 16:38, Veroljub Vukadinoviç, 17:47,Vladan Vesiç, 21:50, 22:20, Aleksa Antoniç, 23:28 – Teles Thaqo, 20:57, 31:17, İsa Atayev, 29:45, Fineo, 34:51, Ramiz Çovdarov, 36:53
Pozarevaç İdman Mərkəzi
Serbiya:12. Aleksa Antoniç (q), 2. Strahina Petrov, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 3. Nikola Matijeviç, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç,
Baş məşqçi:Qoran İvançiç
Azərbaycan:1. Emin Kürdov (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 7. Ramiz Çovdarov, 16. Sezar Conatan, 12. Rövşən Hüseynli (q, k), 2. Samir Həmzəyev, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 14 Vitali Borisov, 17. İsa Atayev
Baş məşqçi:Joze Alesio Da Silva
Fanat.Az