Yenə Makedoniyaya uduzduq

Yenə Makedoniyaya uduzduq

Makedoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyunu keçirib.

Fanat.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri bu dəfə də Makedoniyanın U-19 millisi ilə qarşılaşıb. Hesabı 10-cu dəqiqədə Fərid Nəbiyev açsa da, millimiz bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, 40 və 52-ci dəqiqələrdə fərqlənən meydan sahibləri yığmamızı növbəti də məğlub etməyi bacarıb.

Qeyd edək ki, iyunun 1-də keçirilən qarşılaşma millimizin 0:2 hesabılı məğlubiyyəti ilə başa çatıb.

Maraq üçün onu da bildirək ki, əsas yığmamız da Avstriyadakı təlim-məşq toplanışında Makedoniyanın A millisinə 1:3 hesabı ilə uduzub.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər