Yaşar Vahabzadə: "Hesab daha böyük ola bilərdi"

Yaşar Vahabzadə: "Hesab daha böyük ola bilərdi"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “Antalya Cup” turnirində bu gün Albaniyanın U-21 komandası ilə qarşılaşmasından (4:0) sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına fikirlərini bildirib:
 
“Komanda olaraq yaxşı futbol oynadıq. Uşaqlar verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər. Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdı. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər