Yarmalenko heç yerə getmir

Yarmalenko heç yerə getmir

Andrey Yarmalenko Dortmund "Borussiya”sında qalacaq.

 

 

Fanat.Az "Kicker”ə istinadən xəbər verir ki, 28 yaşlı ukraynalı klubu tərk etməyəcək. Cari mövsüm Bundesliqa klubunun formasıyla 24 matça çıxan, 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan Andreyin çıxışı məşqçilər korpusunu razı salır.

 

Maraqlıdı ki, bir müddət öncə nüfuzlu "Bild” nəşri onun "arılar”a lazım olmadığını və mövsümün sonunda yola salınacağını yazmışdı.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər