"Yalan demişdim, çünki..." - Mourinyu

"Yalan demişdim, çünki..." - Mourinyu

“Roma”nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının mövsümünün 3-cü turunun oyunundan - "canavarlar"ın “Yuventus”la heç-heçə etdiyi (1:1) matçdan sonra danışıb. 

Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları deyib:

“Oyuna başladığımız andan məyus oldum. Amma sonra müsbət dəyişikliklər oldu və bu, mənim xoşuma gəldi. Yaxınlarda demişdim ki, hər oyun ayrı bir hadisədir, nə əvvəlki, nə də sonrakı matçla heç bir şəkildə bağlı deyil. Bu, tamamilə yalandır, çünki həmişə emosional əlaqə var.  Matçın adamı? Meydanın ən yaxşısı hakim idi, o, 90 dəqiqə ərzində əla idi. “Yuventus” 55, biz isə 35 dəqiqə yaxşı performans sərgilədik".

Mourinyu matçda bərabərlik qolunun müəllifi olan Temmi Abrahamla bağlı maraqlı açıqlama verib:

"Oyunda sonra Abrahamın müsahibə verdiyini gördüm. Elə danışırdı ki, elə bil yaxşı oyun keçirib. Amma o, dəhşətli idi. Dibala isə yaxşı oynadı, ondan razı qaldım. Matçın sonlarında “Yuventus” azarkeşlərinin təzyiqini hiss etdik”. 

Qeyd edək ki, "Roma" keçirdiyi 3 oyunun ikisində qalib gəlib, 1 oyunda heç-heçə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər