Son klubu "Sevilya" olan Xose Luis Mendilibarın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Mənbə 62 yaşlı mütəxəssisin "Olimpiakos"a baş məşqçi təyin ediləcəyini açıqlayıb. Xəbərə görə, ispaniyalı çalışdırıcı Yunanıstan nəhəngi ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Sözügedən mütəxəssis 2022/2023 mövsümündə "Sevilya"nı 28 rəsmi matça çıxarıb. Onun rəhbərliyi altında Əndəlüs təmsilçisi Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, hazırda 41 xalı olan "Olimpiakos" Yunanıstan Super Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 50 xala malik PAOK isə liderdir.