Xorvat ulduz üçün mövsüm bitdi

Xorvat ulduz üçün mövsüm bitdi

“Tottenhem”in cinah müdafiəçisi İvan Perişiç sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, bu barədə London klubu açıqlama yayıb. 

Xəbərə görə, Perişiçə sağ dizinin ön çarpaz bağının zədələnməsi diaqnozu qoyulub və onu əməliyyat gözləyir. Futbolçu məşq zamanı zədə alıb.

Əməliyyatdan sonrakı sağalma dövrünün dəqiq müddəti məlum deyil, lakin Perişiçin bütün cari mövsümü buraxa biləcəyi ehtimalı var.

Xorvatiyalı müdafiəçi bu mövsüm 6 oyun keçirib, hamısında meydana əvəzedici kimi daxil olub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər