I divizonda XXIV tura yekun vurulub. Fanat.Az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk oyununda "Xəzər" və "Binə" qarşılaşıb. Debütantların görüşündə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Turan Qürbətovun dkbl etdiyi oyunda Fuad Məmmədzadə bir qol vurub. Bununla da xal hesabını 44-ə yüksəldən "Xəzər" lider "Qaradağ Lökbatan"la fərqi iki xala endirib. 35 xalı olan "Binə" isə 5-ci pillədə qərarlaşıb.
Günün digər oyununda "Turan Tovuz" "Sabah"ı qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi iləbaşa çatıb. Qollara Raul Yaqubzadə, Emin Mehtiyev və Şirməmməd Məmmədov imza atıb. Hazırda "Sabah" 33 xalla turnir cədvəlinin 6-cı, "Turan Tovuz" 32 xalla 7-ci pilləsində qərarlaşıb.
Fanat.Az