Xediranı istəyən İngiltərə klublarının adları bilindi

Xediranı istəyən İngiltərə klublarının adları bilindi
"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira karyerasını Çempionşipdə davam etdirə bilər.
Fanat.Az Calciomercato.com-a istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvünün xidmətində "Uotford", "Norviç Siti" və "Bornmut" maraqlıdır.
Daha öncə Xediranın "Everton"a - 2 il "Real"da rəhbərliyi altında oynadığı Karlo Ançelottinin komandasına keçməyi planlaşdırdığı bildirilmişdi.
Qeyd edək ki, "Yuventus"la olan müqaviləsinin müddəti 2021-ci ilin 30 iyun tarixində bitəcək Xedira yeni anlaşma təklifi almayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər