Xavyer Maskeranoya federasiyada iş verildi

Xavyer Maskeranoya federasiyada iş verildi
Argentina yığmasının keçmiş futbolçusu Xavyer Maskerano vəzifəyə təyin edilib. 
Fanat.Az xəbər verir ki, 36 yaşlı sabiq yarımmüdafiəçi Argentina Futbol Federasiyasında çalışacaq.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, o, milli komandalar üzrə strukturda çalışacaq. 
Qeyd edək ki, Maskerano karyerası ərzində "River Pleyt”, "Korintians”, "Vest Hem”, "Liverpul”, "Barselona”, "Hebey” və "Estudiantes” kimi klublarda çıxış edib. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər