Xavi Kündeni istəyir

Xavi Kündeni istəyir

"Barselona"nın baş məşqçisi Xavi "Sevilya"nın müdafiəçisi Jül Kundeni komandasında görmək istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.

Kunde "Sevilya"ya 2019-cu ildə "Bordo"dan 25 milyon avroya transfer olunub. Bu mövsüm müdafiəçi bütün yarışlarda 25 oyunda iştirak edib və 1 qol vurub.

Fransız futbolçunun klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. Transfermarkt portalı oyunçunu 60 milyon avro dəyərində qiymətləndirir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər