Xavi koronavirusa yoluxub

Xavi koronavirusa yoluxub
"Barselona" əfsanəsi, "Əl-Sədd"in hazırkı baş məşqçisi Xavidə koronavirus aşkarlanıb.
Fanat.Az Qətər klubunun "Twitter" hesabına istinadən xəbər verir ki, Xavi bu barədə açıqlama yayıb:
"Bu gün komandaya qoşula bilməyəcəm. Məni David Prats əvəzləyəcək.
Bir neçə gün əvvəl koronavirus testi vermişdim. Cavabın pozitiv olduğunu öyrəndim. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm. Sadəcə, sağalana kimi özünütəcrid rejiminə əməl etməliyəm. İcazə veriləndə böyük məmnuniyyətlə işimin başına dönəcəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər