"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva karyerasını Qətərdə davam etdirə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Silvanın "Əl-Sədd"də oynamaq ehtimalı yaranıb. Klubun baş məşqçisi Xavi 34 yaşlı futbolçunun xidmətində maraqlıdı və onu transferə razıl salmağa çalışır.
Daha əvvəl Santi Kasorla "Əl-Sədd"ə keçmişdi.
Silva mövsümün sonunda "Mançester Siti" ilə vidalaşacaq. Keçmiş klubu "Valensiya" ispan oyunçunu heyətinə cəlb etməyə çalışır.
Fanat.Az