"Selta"nın baş məşqçisi Rafael Benites "Liverpul"da rəhbərliyi altında oynamış, hazırda "Bayer Leverkuzen"i çalışdıran Xabi Alonsodan danışıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" Benitesin sözlərini belə çatdırıb:
"Bayern Münhen"lə oyunun (3:0) icmalını və bir neçə başqa matçlarını tam şəkildə izləmişəm. Xabi "Bayer"ə gələndə onlar oyunlarını daha çox əks-hücumlar üzərində qururdular. İndi isə Alonsonun komandası tam formalaşmış kollektivdir. Almaniya təmsilçisində çox yaxşı işlər görülür. Xabi yaxşı komandalarda, tanınmış mütəxəssislərlə işləyib. O, ağıllıdır, hərədən bir şey öyrənib. Amma hazırda Alonsonun ətrafında çox hay-küy var. Halbuki mətbuatda tez-tez görünməyən başqa yaxşı mütəxəssislər də az deyil".
Daha öncə "Liverpul" və "Bayern Münhen" sözügedən çalışdırıcının xidmətində maraqlı olduğu barədə məlumatlar yayılıb.
Xatırladaq ki, 42 yaşlı Alonso 2022-ci ildən Leverkuzen təmsilçisinin baş məşqçisidir.