Vüsal oynadı, qələbə gördü

Vüsal oynadı, qələbə gördü

Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.   Sözügedən kollektiv öz meydanında “Ümraniyəspor”la qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib.   Vüsal 56-cı dəqiqədə oyuna qoşulub. Azərbaycanlı futbolçu meydana çıxandan 10 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.   “Keçiörengücü” 14 turdan sonra 13 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər