Duşan Vlahoviç “Yuventus” azarkeşlərini təkcə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Vilyarreal”a qarşı ilk oyununda (1:1) vurduğu tarixi qolla deyil, həm də matçdan sonra açıqlamaları ilə sevindirib.
Fanat.Az xəbər verir ki, serb hücumçu mətbuatın onu Del Pyero ilə müqayisə etməsinə belə rekasiya verib: "Del Piero əfsanə və ikonadır. Xahiş edirəm, məni onunla müqayisə etməyin. Mən də özümü heç kimlə müqayisə etmək istəmirəm. Vurduğum qol və imza atdığım rekord məni qane etmir, çünki biz qalib olmadıq. Həqiqətən qalib gəlmək istəyirdik, amma bacarmadıq və indi 16 martdakı görüşü gözləyirik. "Vilyarreal" təriflərə və hörmətə layiq olan güclü rəqibdir”.
Qeyd edək ki, Vlahoviç ispanlarla ilk oyunun 32-ci saniyəsində fərqlənərək Çempionlar Liqası tarixində (yeni dövrdə) ən erkən qol vuran oyunçu oldu. O, 1995-ci il sentyabrın 13-də Dortmund Borussiyasının heyətində "Yuventus"a qol vuran Andres Mülleri (38-ci saniyə) qabaqlayıb.
O, həmçinin Çempionlar Liqasının pley-off mərhələsində debütdə fərqlənən ilk "Yuventus" oyunçusudur. Del Pyero və David Trezege qrupdakı ilk oyunlarında bunu bacarıblar, amma pley-off mərhələsində vurulan qol daha dəyərlidir.