Vladimir Putinə şok ittiham - FOTO

Vladimir Putinə şok ittiham - FOTO

"Rio-2016"da növbəti qalmaqal yaşanıb. Fanat.Az xəbər verir ki, buna səbəb hakim qərarı ilə rus boksçuya yenilən irlandiyalı idmançının yazdığı "twit" olub.

Yüngül çəki dərəcəsində keçirilən boks matçında irland Mayk Konlan və rus Vladimir Nikitin qarşılaşıb. 1/4 final döyüşündə hakimlərin qərarı ilə Konlan məğlub elan edilib.

Vladimir Putinə şok ittiham - FOTO

Hakimlərin verdiyi qərarlara orta barmağını göstərərək etiraz edən irland boksçu jurnalistlərə açıqlamasında "Arzularımı oğurladılar. Paramparça oldum. Özümü soyulmuş kimi hiss edirəm. Bundan sonra əslə Beynəlxalq Boks Federasiyası üçün döyüşməyəcəm" deyib.

Vladimir Putinə şok ittiham - FOTO

Hakiilərin satın alındığını düşünən gənc boksçu bununla kifayətlənməyib və "Twitter" hesabından Rusiya prezidenti Vladimir Putini ittiham edib. Onun yazdığı "Hey Vlad Putin, onları satın almaq üçün nə qədər xərclədin" "tvit"i qısa zamanda onminlərlə istifadəçi tərəfindən paylaşılıb.

Vladimir Putinə şok ittiham - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər