Vladimir Putindən etiraf kimi

Vladimir Putindən etiraf kimi

Rusiya prezidenti Vladimir Putin son dövrlər ölkəsi ilə bağlı baş verən dopinq qalmaqalarına münasibət bildirib. Fanat.az xəbər verir ki, dövlət başçısı hər şeyə görə məşqçiləri və idman rəsmilərini günahlandırıb.

"İdman rəsmilərimiz və məşqçilərimiz Beynəlxalq Antidopinq Komitəsi (WADA) tərəfindən bəzi maddələrin qadağan olunmuş maddələr siyahısına salınmasının önəmini anlamayaraq bu barədə idmançıları məlumatlandırmayıb. İdmançılar, məşqçilər və digər mütəxəssislərə zamanında məlumat verilməyib" deyə Putin bildirib.

Rusiya İdman Nazirliyini və Federal Biomedikal Agentliyini tənqid edən dövlət başçısı bu kimi halların bir daha yaşanmaması üçün dövlət qurumlarını Beynəlxalq Olimpiya Komitəsi və WADA ilə əməkdaşlığı genişləndirməyə çağırıb.

Rusiyada dopinqə qarşı mübarizə qanunlarının sərtləşdirilməsini vurğulayan Putin bununla bağlı yeni təkliflərini irəli sürmələri üçün hökumətə təlmat verdiyini bildirib.

Qeyd edək ki, son dövrlər Rusiyanın məşhur idmançılarından Mariya Şarapova, Yekaterina Bobrova, Semyon Elistratov, Pavel Kuljinkov, Yekaterina Konstantinova, Aleksandr Markin və Eduard Latipov dopinq-testdə ilişib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər