İspaniya millisinin baş məşqçisi Visente del Boske "AVRO-2016"nın 1/8 finalında İtaliyaya 0:2 hesablı məğlubiyyəti şərh edib. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən təcrübəli mütəxəssis məğlubiyyətə görə utanmadıqlarını qeyd edib:
"İlk hissədə oyunumuz alınmadı. Oyunçularda nə əminlik, nə də konsentrasiya var idi. Fasilədən sonra daha yaxşı oynadıq. Ən azından hesabı bərabərləşdirməyə cəhd etdik. Bütün ölkəyə və azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuza görə utanmırıq. Ölkəmizi turnirdə təmsil etdiyimiz üçün qürur duyuruq. Bundan sonra "DÇ-2018"nin seçmə mərhələsi haqda düşünəcəyik".
Qeyd edək ki, 1/8 finalda İtaliyaya 0:2 hesabı ilə uduzan son Avropa çempionları turnirlə vidalaşıb.
Fanat.az