Villianın klubu bilindi

Villianın klubu bilindi

"Şaxtyor"un və Braziliya millisinin sabiq vingeri Villian karyerasını "Fulhem"də davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Xəbərə görə, yeni müqavilə ilə bağlı prinsipial razılıq əldə olunub.

Futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra anlaşma rəsmən elan ediləcək.

Qeyd edək ki, 34 yaşlı Villianın karyerasını "Nottingem Forest"də və ya Səudiyyə Ərəbistanında davam etdirməklə bağlı real təklifləri var idi. 

Qeyd edək ki, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 30 matça çıxan Villian 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub. "Fulhem" yekun nəticədə 10-cu yeri tutub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər