Velosiped yarışında qəza anı - VİDEO

Velosiped yarışında qəza anı - VİDEO

Türkiyədə keçirilən "57-ci Velosiped Turu"nun dünənki Səlcuq-Alaçatı mərhələsində qəza baş verib. 

Fanat.Az xəbər verir ki, tur trekinə daxil olan şəxs qəzaya səbəb olub. 

Məsələ ilə bağlı Velosiped İdmanı Federasiyasından açıqlama verilib: "Bütün tədbir və xəbərdarlıqlara baxmayaraq, yarış yoluna çıxan fiziki qüsurlu bir vətəndaşın səbəb olduğu qəzada bir velosipedçi və polis əməkdaşı xəsarət alıb".

Məmurun xəbərdarlığına və fiziki müdaxiləsinə baxmayaraq, arxadan gələn velosipedçilər vətəndaşı vurublar. Xəsarət alanlar "Dokuz Eylül Universiteti Xəstəxanası"na aparılıb. Qəzaya uğrayan velosipedçilərdən Nacer Bohanninin yarışdan geri çəkildiyi və müalicəsini ölkəsində davam etdirəcəyi bildirilib. Hadisədən sonra Beynəlxalq Velosipedçilər Birliyi (UCI) olayla bağlı araşdırma aparıb. 

Qəza anı başqa bir vətəndaş tərəfindən mobil telefonla çəkilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər