İngiltərə Premyer Liqasında "Leyçester" fırtınası davam edir. Fanat.az xəbər verir ki, Klaudio Ranyerinin yetirmələri ötən tur "Sanderlend"i 2:0 hesabı ilə məğlub etməklə çempionluq yolunda daha bir əngəli aşmış oldu.
Görəsən, "tükülər"in uğurunun sirri nədədi? Bu barədə komandanın qol silahı Ceymi Vardi danışıb. 21 qolla Premyer Liqanın bombardiri olan forvard məsələyə belə münasibət bildirib: "Ən gərgin məşqimizdə belə komanda olaraq kefimizi pozmadıq, daima güldük. Komanda üzvləri mütəmadi olaraq bir-biri ilə zarafat edir. Bunu bizə Ranyeri öyrədib. Sizə bir misal çəkib: Meydana isinmə hərəkətləri üçün çıxanda Robert Huth qaçış zamanı hamımızı qabaqlayır, hər zaman finişə birinci çatır. Buna görə də komanda yoldaşlarımın hamısı onu alqışlaır. Belə zarafatlarla strestən uzaqlaşıb, meydana çıxırıq. Bir-birimizə bağlanmış komandayıq. Daniel Amartey "Sanderlend"lə matçda mənə ötürmə vermək əvəzinə, topu qapıçının üzərinə vurdu. Dərhal onunla zarafatlaşdım. Əvəzində isə Denni Drinkuoter ikinci qolu hazırladı, mənə isə topu qapıya göndərmək qaldı. Denni komandanın hər şeyidi. Hamımız uğur qazanmaq üçün digər komandalardan daha çox çalışmalı olduğumuzu bilirik. Meydanda hər kəs bir-birinə kömək olur. Bu da bizə uğur qazandırır".
Bundan başqa Vardi komandanın kapitanı Ves Morqanı da tərifləyib: "Sauthempton"la matçdan öncəki məşqdə Ves Morqan qrip olmuşdu. Buna görə də Ranyeri onu evinə göndərmək istədi. Ancaq Morqan xəstə olmasına baxmayaraq, məşqdən qalmadı və "Sauthemton"la matçda qələbə qolumuzu vurdu. O, həqiqətən də nümunəvi kapitandı. Müdafiə xəttimizin çox uğurlu çıxış etdiyini unutmaq olmaz. Qol buraxmamaq üçün də bir-birimizə yardım edirik. Buna görə də qapıçımız Kasper Şmeyxel də 90 dəqiqə qışqırır".
Fanat.az