VAR hakimləri ilə referilərin nə danışdığı ictimaiyyətə çatdırılacaq - RƏSMİ

VAR hakimləri ilə referilərin nə danışdığı ictimaiyyətə çatdırılacaq - RƏSMİ

İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa rəhbərliyi yeni layihə barədə razılığa gəliblər.

Fanat.Az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, oyunlardan sonra VAR hakimləri ilə referilərin nə danışdığı audio və videogörüntü şəklində ictimaiyyətə çatdırılacaq. 

Səs yazılarının və kadrların hər oyun gününün sonunda təqdim olunacağı vurğulanıb. Mənbə bu layihənin şəffaflığın təminatına təkan verəcəyini, azarkeşlər üçün qaranlıq qalan məqamlara aydınlıq gətirəcəyini diqqətə çatdırıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər