Valverde 150-yə çatdı

Valverde 150-yə çatdı

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde "Kral klubu"nun heyətində İspaniya çempionatında 150-ci matçına çıxıb.

Fanat.Az xəbər verir ki, 25 yaşlı uruqvaylı bu göstəriciyə La Liqanın 12-ci turu çərçivəsində "Santyaqo Bernabeu"da keçirilən görüşdə - "Rayo Valyekano" ilə matçda (0:0) çatıb.  

O, "Real"a 2018-ci ilin iyulunda "RM Kastilya"dan keçib. Futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən yarımmüdafiəçinin transfer qiymətini 100 milyon avro ilə qiymətləndirir. Valverde "Real" forması ilə çıxdığı 150 ​çempionat ​oyununda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Federiko İspaniya nəhəngi ilə 2 dəfə İspaniya çempionatının (2019/2020, 2021/2022), İspaniya Kubokunun (2022/2023) və 2 dəfə İspaniya Superkubokunun (2019/2020, 2021/2022), həmçinin Çempionlar Liqasının (2021/2022) qalibi olub. O, Madrid təmsilçisinin sıralarında UEFA Superkubokunu (2022/2023) və 2 dəfə Klublararası Dünya Kuboku (2018, 2023) başı üzərinə qaldırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər