Uğur ölkəsi

Uğur ölkəsi

Georgi Nikolov

Xronologiyanı xatırlayaq:

2007-ci ilin yayı - Bakı “İnter”i Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçirdi. 2007/2008 mövsümü – “İnter” ilk çempionluğunu qazandı. 2009-cu ilin yayı – Bakı “İnter”i Bolqarıstanın Bansko şəhərində təlim məşq toplanışı keçirdi. 2009/2010 mövsümündə “İnter” ikinci çempionluğunu qazandı.

2010-cu ilin yayı – Bakı “İnter”i Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışı keçirdi. 2011-ci ilin qışı – “İnter” Birlik Kubokunun qalibi oldu.

Sonrakı dönəm:

2022-ci ilin yayı - “Sabah” Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçirdi. 2022/2023 mövsümü - ???

Sonra nə olacağını indidən deyə bilmərik. Amma fakt budur ki, geridə qalan 4 turu maksimum nəticə ilə başa vuran “Sabah” turnir cədvəlinin lideridir. Korrelyasiya dərhal nəzərə çarpır...

Əziz qonağımıza Azərbaycan çempionatında uğurlar arzulayıram. Siz isə məni qeyri-ixtiyari reklama görə üzürlü sayın.

Yeri gəlmişkən, hamıya aydın olması üçün deyim ki, korrelyasiya iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir.

Eksklüziv olaraq Fanat.Az üçün

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər