Useyn Bolt fırıldaqçıların qurbanı oldu - Milyonlarını itirdi

Useyn Bolt fırıldaqçıların qurbanı oldu - Milyonlarını itirdi

Dünyaca məşhur yamaykalı atlet Useyn Bolt müflis olub. 

Fanat.Az xəbər verir ki, qaçış üzrə səkkizqat olimpiya çempionu aldadıldığını və 10 milyon dollar itirdiyini iddia edir. 

"Jamaican Observer" qəzetinin məlumatına görə, yüz metr məsafəyə qaçış üzrə dünya rekordçusu on il əvvəl Yamaykanın "Stocks and Securities Limited" şirkətinə qeyd olunan məbləğdə sərmayə qoyub. Ancaq şirkət hazırda istintaq altındadır və çoxsaylı investorları şikayətinə əsasən, ümumilikdə 1,2 milyard dollar mənimsəməkdə şübhəli bilinir.

Boltun 10 milyon dollarlıq səhmi birdən-birə 2 minə düşüb. İstintaq davam etdiyi üçün ona durumu şərh etməyə icazə verilməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər