Unai Emeridən etiraf: "Biz qələbəyə layiq deyildik"

Unai Emeridən etiraf: "Biz qələbəyə layiq deyildik"

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə kubokunun 1/16 finalında “Çelsi” ilə keçiriləcək cavab oyunu barədə gözləntilərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, təcrübəli ispan mütəxəssis klubun saytına açıqlamasında 0:0 hesablı heç-heçə ilə başa çatan ilk görüşü də xatırlayıb. 

"Mən cavab görüşündə daha yaxşı "Çelsi" gözləyirəm. Orada heç-heçə oynadıq, amma birinci hissədə çox tər tökdük, onlar bizdən üstün idilər. Tədricən ikinci hissədə ideyalarımızı, oyun planımızı tətbiq etdik və qol vurmaq, qələbə qazanmaq şanslarımız oldu. Amma açığı, biz buna layiq deyildik”. 

"Aston Villa" - "Çelsi" matçı bu gün, fevralın 7-də Birmingemdə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər