Umut Bulutdan böyük fədakarlıq - FOTO

Umut Bulutdan böyük fədakarlıq - FOTO
"Qalatasaray" "Fənərbaxça" ilə martın 20-də keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, ötən gün baş tutan məşqə atası vəfat edən Umut Bulut da qatılıb.
Belə ki, Ankaradakı terror zamanı həlak olan futbolçunun atası Kamal Bulut dünən çərşənbə axşamı Kayseridə dəfn edilib. "Qalatasaray"ın rəhbərliyi, futbolçuları, məşqçiləri və Floriya bazasının bütün işçiləri dəfn mərasimində iştirak edib. 
Umut Bulut ötən gün İstanbula dönərək məşqə qatılıb. O, zədəsi olan Uesli Sneyderlə birlikdə komandadan ayrı çalışıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər