"Qalatasaray"ın baş məşqçisi Jan Olde Riekerinkin komandada saxlamaq istəmədiyi Umut Bulutun yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, türk futbolçu karyerasını "Kayserispor"da davam etdirməyə razılıq verib.
Artıq iki klub arasında danışıqlar müsbət yekunlaşıb. İddiaya görə, klublar Umut Bulutun müqaviləsindəki illik 1,8 milyon avro maaşını birlikdə ödəyəcək. Hücumçu "Kayserispor"da bir mövsüm icarə əsasında oynayacaq. "Qalatasaray" qarşı tərəfdən icarə haqqı almayacaq.
Qeyd edək ki, "Kayserispor"da millimizin üzvü Ufuk Budak və U-21 yığmamızın sabiq futbolçusu Umut Sönmez çıxış edir.
Fanat.az