Umar Sadik Nigeriya millisinin düşərgəsini tərk etdi - SƏBƏB

Umar Sadik Nigeriya millisinin düşərgəsini tərk etdi - SƏBƏB

"Real Sosyedad"ın hücumçusu Umar Sadik Afrika Millətlər Kubokuna hazırlaşan Nigeriya millisinin düşərgəsini tərk edib.

Fanat.Az sözügedən yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdə zədələnən forvard seçmənin düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb.

26 yaşlı Sadikin əvəzinə yığmaya "Trabzonspor"un 29 yaşlı forvardı Pol Onuaçu dəvət olunub.

Xatırladaq ki, "Real Sosyedad" Umarı 2022-ci ilin yayında, 20 milyon avroya "Almeriya"dan alıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər