Ulduz futbolçunun evi qarət olundu

Ulduz futbolçunun evi qarət olundu

"Lill"in ulduz futbolçusu Jonatan İkonenin evi qarət olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı L’equipe" yayıb.

Mənbə qarətçilərin sayı barədə məlumat olmadığını, onların Jonatana 250 min avro dəyərində ziyan vurduğunu bildirib.

Hazırda hadisə ilə bağlı araşdırılma aparılır.

Bu mövsüm bütün turnirlər daxil olmaqla, "Lill" formasıyla 22 oyuna çıxan J.İkone 2 qolla yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər