Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Fanat.az xəbər verir ki, Ufuk Budak yeni komandaya transfer olunmaq ehtimalına görə, baş məşqçinin razılığı əsasında millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, Ufuk Budak son mövsümdə Türkiyənin "Qaziantep BB" klubunda çıxış edib (26 oyun, 1 qol). O, əvvəllər Almaniyanın"SSV Ulm 1846","Frayburq" (2-ci komanda) və Türkiyənin "Eskişəhərspor" klublarında forma geyinib.
Fanat.az