UEFA "Qarabağ"a pul ödədi

UEFA "Qarabağ"a pul ödədi

UEFA Konfrans Liqasındakı iştirakla bağlı "Qarabağ" klubuna növbəti dəfə maliyyə vəsaiti ayırıb.

Fanat.Az xəbər verir ki, "köhlən atlar" turnirin play-off mərhələsində çıxış etdiyi üçün qitə futbol qurumundan 300 000 avro (əlavə bonus) alıb.

Vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər